Rusiya prezidenti Vladimir Putin və misirli həmkarı Əbdülfəttah əs-Sisi arasında telefon danışığı olub.

"Unikal" TASS-a istinadən xəbər verir ki, onlar Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər. 

“İki lider arasında söhbət Qəzza zolağında baş verən son hadisələr, gərginliyin azaldılması səyləri, eləcə də Misirin humanitar yardımın çatdırılması, xarici vətəndaşların və yaralı fələstinlilərin anklavdan çıxarılması üçün atdığı addımları əhatə edib”, – deyə rəsmi məlumatda bildirilir. 

Putinlə Əs-Sisi Qəzza zolağında münaqişəyə son qoymaq üçün beynəlxalq səylərin aktivləşdirilməsinin zəruriliyi barədə razılığa gəliblər.