Türkiyənin Adıyaman bölgəsinin Gölbaşı rayonunda zəlzələlərdən sonra fəaliyyətsiz qalan NATO boru kəmərində partlayış baş verib. Partlayışdan sonra dağıntıların olduğu bildirilib.

"Unikal" xəbər verir ki, partlayışdan sonra xəttə ziyan dəydiyi bildirilib. Partlayışın boru xəttində qaz tıxanması nəticəsində baş verdiyi bildirilir.

Partlayışdan sonra hadisə yerinə gələn rayon Polis Şöbəsi qrupları təhlükəsizlik tədbirləri görüb.

Daha sonra NATO rəsmiləri kəmərə baxış keçiriblər. Səlahiyyətlilər xəttin aktiv olmadığını və xətt daxilində təmizləmə və evakuasiya işlərinin davam etdiyini bildirib.

NATO boru kəmərinin üzərindəki konteyner çıxarılıb, kəmər açılıb və səlahiyyətli orqanlar tərəfindən təmir edilib.

Gölbaşı Bələdiyyəsi Xilasetmə Müdirliyi qrupları boru xəttində ortaya çıxan və ana yola axan dizel yanacağını təmizləyərək bağlanan yolu açıb.

Hadisədə can və mal itkisi olmasa da, ətraf mühitə maddi ziyan dəyib.