Azərbaycan, Qazaxıstan və Özbəkistan planeti qlobal istiləşmədən xilas etmək üçün toplaşıb.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Energetika Nazirliyi açıqlayıb.
Qeyd olunub ki, MDB-nin üç ölkəsi Avropa İttifaqı ölkələrinə "yaşıl enerji" ixracı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəlib. Planet üçün təhlükəsiz yanacağın Azərbaycan ərazisindən daşınmasını planlaşdırılır.
"İştirakçılar həmçinin layihənin həyata keçirilməsi üçün birgə müəssisənin yaradılması perspektivini araşdırmaq barədə razılığa gəliblər", - məlumatda deyilir.
Ağarza Elçinoğlu