Ermənistan Respublikası bir daha heç vaxt istifadə edilmiş müdafiə silahları almayacaq. 

"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamenti Müdafiə və Təhlükəsizlik Daimi Komitəsinin sədri Andranik Köçəryan deyib. 

Deputat qeyd edib ki, müdafiə sektorunun büdcəsi ilə bağlı qapalı keçirilən iclasda müdafiə xarakterli olan silahların həcmi də müzakirə olunub: "Silahların məzmununa daxil olan əsas fikir belədir: onlar müdafiə xarakteri daşımaqla yanaşı, yeni olmalıdır. Bu ayırmaları birlikdə elə həyata keçirək ki, gələn ilin büdcəsini müzakirə edəndə burada nöqsanımız olduğunu deməyək". 

Ağarza Elçinoğlu