Rusiya və Azərbaycan 2023-cü ilin sonuna qədər Rəşt-Astara dəmir yolunun hissəsinin tikintisinə dair saziş imzalamağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov Nəqliyyat Həftəsi forumunun plenar iclasında bildirib.
"Bu ilin sonuna kimi biz Azərbaycanla analoji saziş imzalamalıyıq. 2028-ci ildən isə bu marşrut yükdaşımalarının əlavə artımı ilə tam istifadəyə veriləcək, başlanğıc üçün - ildə 15 milyon ton yük. Bunlar iddialı planlardır, lakin onlar həyata keçirilir”, - deyə Belousov vurğulayıb.