Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,3 ABŞ dolları, yaxud 2,61 % azalaraq 85,81 ABŞ dolları təşkil edib.
"Unikal" xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 80,44 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.