Xaçmaz rayonunun Yalama qəsəbəsində yerləşən “Yalama Aqropark”da yanğın baş verib.

"Unikal" xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Yalama kəndində ot bağlamalarının yanması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

“Yalama Aqropark”da baş verən yanğın zamanı heyvandarlıq kompleksinə ziyan dəyməyib.

Yanğın artıq məhdudlaşdırılıb. Yanğınsöndürənlər tərəfindən yanğının heyvandarlıq kompleksindəki fermalara keçməsinin qarşısı alınıb.

Qeyd edək ki, “Yalama Aqropark” ölkə üzrə ən iri heyvandarlıq təsərrüfatlarından biridir.