Goranboyda 7 yaşlı uşağı maşın vurub.
"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində Xocalı sakinlərinin məskunlaşdığı ərazidə baş verib.
"Vaz 2107" markalı maşın yolu keçən 2016-cı il təvəllüdlü Talıbov Ümid Şirxan oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı uşaq rayon xəstəxanasında ilkin tibbi yardım aldıqdan sonra Gəncə klinikalarından birinə köçürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov