Göygöl və Samux rayonlarının Aqrar İnkişaf Mərkəzlərində yeni təyinatlar olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, Hacıyev Azər Elyaz oğlu Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsinə təyin olunub. O, bundan əvvəl Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Samux Dövlət Aqrar İnkişaf Mərkəzinə isə Hacıyev Səttar Mərkəz oğlu təyinat alıb.

Ehtiram Muradov