Qazax rayonu ərazisində sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2 saylı regional idarəsinin əməkdaşlarının birgə keçirdikləri monitorinq zamanı Qazax şəhər N. Nərimanov küçəsində, Kosalar və Xanlıqlar kəndləri ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində məişət tullantılarının qalaqlanması aşkar edilib.

Həmin faktlar üzrə ETSN-in 2 saylı regional idarəsinin əməkdaşları tərəfindən müvafiq sənədləşmə aparılıb.