Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatında deyilir.

Məlumata əsasən, ötən 10 ay ərzində İİV-ə 764 nəfər yoluxub. Onlardan 736 nəfəri Azərbaycan vətəndaşları, 28 nəfəri isə əcnəbilər olub.

Azərbaycan vətəndaşları arasında 62 nəfəri (8,4 %-i) İnyekson Narkotik İstifadəçiləri olub.