Qax Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub. 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Unikal"a verilən məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub. 

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktiki tədbirlər nəticəsində isə bir nəfər rayon sakini müvafiq sənədləri olmadan saxladığı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.