Bu il daimi yaşamaq üçün Azərbaycana gələnlərin sayı açıqlanıb.

"Unikal" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir, 2023-cü ilin 9 ayında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2860 nəfər gələn, Azərbaycandan isə 1972 nəfər gedən qeydə alınıb.

Bununla da Azərbaycanda miqrasiya saldosu ölkə üzrə müsbət 888 nəfər təşkil edib.