Finlandiya Daxili İşlər Nazirliyi Rusiya ilə sərhədin tamamilə bağlanması üçün qanunlar hazırlayır.
"Unikal
" xəbər verir ki, sığınacaq axtaranların marşrutu dəyişdikdə və ya onların sayı artdıqda bu tədbir ehtiyat tədbir kimi qəbul edilir.

Bu barədə MTV3 kanalı məlumat yayıb.

Noyabrın 18-dən Finlandiya Rusiya ilə sərhəddə dörd sərhəd keçid məntəqəsini bağlayacaq. Ölkə hakimiyyəti bunu Yaxın Şərq və Afrikadan gələn qaçqınların sayının artması ilə izah edib.