Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universitetinin “Svilizasiya tarixi, bədən tərbiyəsi və idman, fəlsəfə və sosiologiya” kafedrasının müdiri pedaqogika üzrə elmlər doktoru, professor Natalya Yuriyevna Melnikova ASAPES-in qonağı olub.
"Unikal" xəbər verir ki, o, doktorantura təhsili səviyyəsində “Fiziki tərbiyənin, idman təliminin nəzəriyyəsi və metodikası” ixtisası üzrə təhsil alan tələbələr ilə görüşüb.
Görüşdə idman sahəsində ən aktual problemlərə dair elmi əsərlər, statistik və analitik materiallar geniş təhlil olunub və tələbələri maraqlandıran suallar cavablandırılıb.