Rusiya hökuməti benzinin ixracına sentyabrın 21-dən tətbiq edilən müvəqqəti qadağanı noyabrın 17-dən ləğv edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Energetika Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, benzinin ixracına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı qərar daxili bazarın yanacaqla doymasından və təklif profisiti yarandıqdan sonra verilib. Benzinin ixracına qoyulan qadağanın aradan qaldırılması ilə bağlı qərar yüksək həcmdə yanacaq istehsalının təmin edilməsinə imkan verəcək. Rusiya Federasiyasının Energetika Nazirliyi zəruri hallarda avtomobil benzininin ixracına qoyulan qadağanın geri qaytarılmasını istisna etməyib. Hazırda Rusiya Federasiyasında benzin ehtiyatları təxminən 2 milyon ton təşkil edir və topdansatış qiymətləri sentyabr ayı səviyyəsindən xeyli aşağı düşüb.
Rusiya Federasiyasının Energetika Nazirliyi yanacağın qiymətlərinə nəzarəti davam etdirəcək və zəruri hallarda Rusiya bazarında operativ tədbirlərin görülməsinə imkan verəcək.