Qəzza zolağında ölənlərin sayı 12 mini keçib.
"Unikal" xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti öz "Facebook" səhifəsində bildirib.
Bildirilib ki, oktyabrın 7-dən Qəzza zolağında 5 mini uşaq və yeniyetmə, 3,3 mini qadın olmaqla 12 mindən çox insan həlak olub.
Qeyd olunub ki, həmin dövrdə 75 faizi uşaq və qadınlar olmaqla 30 minə yaxın insan xəsarət alıb.