Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya gəlib-gəlməyəcəyi hələlik məlum deyil.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Paşinyanın Sankt-Peterburqda Aİİ və MDB-nin iclaslarına gəlib-gəlməyəcəyi hələ məlum deyil”, o qeyd edib.
Onun sözlərinə görə, hamı dəvətlidir.
O əlavə edib ki, KTMT sammitinə qədər Putinlə Paşinyan arasında telefon danışığı planlaşdırılmır.
Qeyd edək ki, Paşinyan bundan əvvəl KTMT-nin Minskdə noyabrın 23-də keçiriləcək iclasında iştirak etməyəcəyini açıqlamışdı.