"Fransa Livan vasitəsilə Hizbullaha, Ermənistan vasitəsilə İrana silah verir"
"Unikal" xəbər verir ki, noyabrın əvvəlində Fransa mediası Fransanın Livan Silahlı Qüvvələrinə qarşıdakı zirehli transportyorların çatdırılması barədə məlumat yayıb.
Fransa hakimiyyətinin məlumatına görə, tədarükün məqsədi Qəzza zolağı ətrafında gərginliyin artması fonunda Livan ordusunu gücləndirməkdir. Mötədil Respublikaçı ziyalı ruporu The National Interest-ə görə, “Livana tədarük edilən hər hansı hərbi texnikanın Hizbullahın əlinə keçməsi” riski yüksəkdir.
İyulda İsrailin "ALMA" analitik mərkəzi ABŞ, İngiltərə, Fransa və digər Avropa ölkələrinin Livan ordusuna verdiyi silahların Hizbullahın əlinə keçdiyini bildirmişdi. “Başqa sözlə, Livan ordusuna silah tədarükü terrorçulara dolayı yolla silah təchizatı kimi qiymətləndirilməlidir”, deyə - nəşr vurğulayır.Qeyd olunur ki, bu, Fransanın Tehranın yaxın müttəfiqləri ilə “şübhəli” sövdələşmələrdə iştirak etdiyi ilk hal deyil. Müəlliflər Fransanın Ermənistana silah tədarükünü misal çəkərək qeyd edirlər ki, “İrəvanın hər iki ölkə ilə sıx əlaqələri nəzərə alınarsa, bu silahlar İran və ya Rusiyaya çata bilər”.