General-leytenant Dmitri Klimenko Rusiya Silahlı Qüvvələrinin raket və artilleriya qoşunlarının yeni rəisi təyin edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin rəsmi qəzeti “Qırmızı ulduz” məlumat yayıb.
Rusiya artilleriyaçılarının peşə bayramına həsr olunmuş materialda Klimenko “Rusiya Federasiyası Silahlı Qüvvələrinin raket və artilleriya qoşunlarının rəisi” kimi göstərilir. Ondan əvvəl, 2011-ci ildən bu vəzifəni general-leytenant Mixail Matveyevski tuturdu.
General-leytenant Klimenko 1991-ci ildə Odessa Ali Artilleriya Komandanlığı Məktəbini bitirib. O, hər iki çeçen müharibəsində iştirak edib və 2000-ci ildə Rusiya Qəhrəmanı adına layiq görülüb. O, həmçinin Rusiya Silahlı Qüvvələrinin Suriyada keçirdiyi hərbi əməliyyatda iştirak edib və orada "Fərat" qruplaşmasının artilleriyasına komandanlıq edib.
General Klimenko təyininatdan əvvəl Şərq Hərbi Dairəsində artilleriya və raket qüvvələrinə komandanlıq edib.
Nuranə Abbasova