Yeni Klinikaya direktor müavini təyin olunub.
"Unikal" xəbər verir ki, bu barədə klinikanın mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müvafiq təqdimatına əsasən, Gülnar Nuriyeva tibb müəssisəsinin direktor müavini və Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində Doğum Şöbəsinin müdiri olan Gülnar Nuriyeva daha sonra Uniklinika və Mərkəzi Gömrük Hospitalda həkim-ginekoloq olaraq çalışıb.