SPECA ölkələrinin açıq dənizə çıxışının olmaması onlara müəyyən məhdudiyyətlər yaradır.
"Unikal" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin (UN) Xüsusi Proqramının (SPECA) Həftəsi çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda keçirilən iqtisadi forumda deyib.
"Qonşularımızın da qarşısında eyni çağırış var və bu, açıq dənizə çıxışın olmamasıdır. Beynəlxalq ticarətdə belə imkanın olmaması müəyyən məhdudiyyətlər ortaya çıxarır", - deyə nazir qeyd edib