"Neft gəlirlərimizin azalması prosesi baş verir. Bunlar iki faktorla bağlıdır. Biri dünyada qlobal dekarbonlaşma meyilləridir, digəri isə neft yataqlarımızdan hasilatın azalması prosesləridir".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, bunlar büdcə gəlirlərinə mənfi, azaldıcı təsir göstərir:
"Həmin təsirin azaldılması qeyri-neft sektorundan daxilolmaların hesabına konpensasiya edilməlidir. Növbəti ilin dövlət büdcəsində ötən illərdə olduğu kimi qeyri-neft sektorundan daxilolmalar artmaqdadır. Bu, gələn il də istisna deyil, əhəmiyyətli artımlar gözlənilir. Bu artımlar neft gəlirlərinin azaldılmasını tam həcmdə konpensasiya etmir. Ölkəmizin qarşısında böyük vəzifələr durur. Bunlar əsasən işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və həmin ərazilərin ölkə iqtisadiyyatına inteqrasiyası ilə bağlıdır".
Anar Kəlbiyev