Noyabrın 29-u və 30-da Ermənistan-Azərbaycan sərhədində Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası üzrə komissiya formatında görüş planlaşdırılır.
"Unikal" xəbər verir ki, bu barədə diplomatik mənbələrdən "Caliber"ə məlumat daxil olub.
Müvafiq razılaşmalar hər iki tərəf tərəfindən təsdiqlənib.
Sərhədin delimitasiyası komissiyası ötən müddət ərzində iki dəfə, ən son isə bu ilin iyulunda iclas keçirib.