Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

"Unikal" xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident Şavkat Mirziyoyevi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.

xxx

09:17

Özbəkistan prezidenti Şavkat Mirziyoyev noyabrın 23-24-də Azərbaycanda işgüzar səfərdə olacaq. 

"Unikal" xəbər verir ki, səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutur. 

Mirziyoyev BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) Bakıda keçiriləcək birinci sammitində iştirak edəcək.

Tədbirin gündəliyinə proqram çərçivəsində çoxtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, regional layihələrin dəstəklənməsi üçün Trast fondunun yaradılması, nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması üzrə yol xəritəsinin qəbulu, biznes təşəbbüslərinin təşviqi və digər məsələlər daxil edilib. 

Ağarza Elçinoğlu