Londonun "Tottenhem", İspaniyanın "Barselona" futbol klubunun və İngiltərə millisinin sabiq baş məşqçisi britaniyalı Terri Veneybls 81 yaşında vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə “Tottenhem”in mətbuat xidməti məlumat yayıb.
Baş məşqçinin ölüm səbəbləri barədə məlumat verilmir.
"Klub keçmiş oyunçusu və komandanın baş məşqçisi Terri Veneyblsın vəfatından dərin kədərlənir. Bu inanılmaz çətin zamanda Terrinin dostlarına və ailəsinə dərin hüznlə başsağlığı veririk. Hörmət əlaməti olaraq, oyunçularımız bugünkü İngiltərə çempionatında Aston Villa ilə matça qara sarğı taxacaqlar, matçdan əvvəl bir dəqiqəlik alqışlar səsləndirəcəyik”, - "Tottenhem"in açıqlamasında deyilir.