Respublika Perinatal Mərkəzində növbəti təməl həyat dəstəyi təlimləri keçirilib.

"Unikal" xəbər verir ki, təlimin mövzusu yad cisimlə aspirasiya (boğulma) zamanı uşaqlara və böyüklərə təməl tibbi yardımdır. Təlim keyfiyyətə nəzarətin idarə edilməsi komitəsinin rəhbəri Adıgözəlova Rəfiqə xanımın koordinatorluğu ilə, Respublika Perinatal Mərkəzinin BLS, PALS sertifikatlı həkim - neonatoloqu Abdullayeva - Babayeva Güləndam tərəfindən həyata keçirilib.

Həmçinin, Respublika Perinatal Mərkəzinin həkim - neonatoloqu Abdullayeva Leyla 2023- cü ilin oktyabr ayında Ankara Universiteti Çocuk Hastanesində praktik təlimdə iştirak edib. Təlimdən sonra öz təcrübəsini həmkarları ilə paylaşıb.