Qazaxıstan və Özbəkistan “Rafale” qırıcılarının alınması ilə bağlı danışıqlara başlayıb. Güman edilir ki, bu təyyarələr hazırda Astana və Daşkənddə xidmətdə olan MiQ və Sus-ları əvəz edəcək.
"Unikal" xəbər verir ki, bu barədə Fransanın BFMTV telekanalı bildirib. Dassault Aviation aerokosmik şirkəti ilə danışıqlar aparılır. “La Tribune” öz növbəsində qeyd edib ki, hərbi təyyarə istehsalçısının ekspert qrupları dəfələrlə Özbəkistana işgüzar səfərlərə gediblər.
Materialda deyilir ki, Dassault Aviation da Qazaxıstanla danışıqlar aparır, lakin bu ölkəyə çatdırılma perspektivləri “daha uzaq” hesab olunur.