NATO-nun əsas vəzifələrindən biri Ukraynada münaqişənin gərginləşməsinin qarşısını almaqdır. 

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb. 

O, alyansın xarici işlər nazirlərinin görüşündən əvvəl keçirilən mətbuat konfransında bildirib: "NATO-nun Ukraynaya qarşı təcavüzlə bağlı iki əsas problemi var. Onlardan biri Ukraynaya dəstək verməkdir və biz bunu müharibənin əvvəlindən edirik, bir çox NATO ölkələri hələ tam miqyaslı işğal başlamamışdan əvvəl Ukraynaya yardım edib. Digər əsas vəzifə münaqişənin Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını almaqdır, çünki bu, daha böyük iztirablara, ölümlərə və dağıntılara gətirib çıxaracaq". 

Ağarza Elçinoğlu