“Minalar, partlamamış hərbi sursatların ərazidə olması yenidənqurma işlərini olduqca çətinləşdirir. Təəssüf ki, azad edilən ərazilərin 80 faizi hələ də minalardan tam təmizlənməyib”.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov deyib.

O bildirib ki, minadan təmizlənmə çox vaxt aparan prosesdir: "Artıq üç ildir Azərbaycan ərazilərini işğaldan azad edib. Ancaq həmin ərazilər 30 il ərzində kifayət qədər dağıdılıb, dini-mədəni abidələr məhv edilib, ərazi tamamilə minalarla çirkləndirilib. Minalar bütün ərazilərdə pərakəndə şəkildə basdırılıb. Hətta qəbiristanlıqlar, əkin sahələri minalanıb”.