Yaroslavlda karton zavodunun anbarında güclü yanğın baş verib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yanğında 3 nəfər xəsarət alıb. 

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının sahəsi 1500 kvadratmetr qiymətləndirilir. 

Hadisə yerində 68 mütəxəssis və 23 texnika işləyir.

Ağarza Elçinoğlu