"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş Çempionlar Liqasının qrup mərhəlisinin 5-ci turu çərçivəsində bu gün "Qalatsaray"a qarşı keçirəcəkləri matçdan danışıb.
"Unikal" xəbər verir ki, o fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Bizim üçün bu turnirdəki yerimizi qorumaq və Avropanın ən güclü klubları ilə oynamağa davam etmək olduqca vacibdir. Qrupdan çıxmasaq, çox üzücü olacaq. Hədəfimiz bu oyunda qalib gəlməkdir. Stadiondakı isti ab-hava fonunda qələbə qazanmaq istəyirik. Futbolçular belə matçları xoşlayırlar. Bu çağırışdan zövq almalıyıq".