Rusiyanın təşəbbüsü ilə dekabrın 18-də Moskvada Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin hökumət başçılarının görüşü keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev açıqlayıb.
"MDB ölkələrinin hökumət başçılarının görüşü Rusiya Federasiyasının təşəbbüsü ilə keçirilən fövqəladə iclasdır. Onun dekabrın 18-də Rusiyanın baş naziri Mixail Mişustinin təşəbbüsü ilə Moskvada baş tutacağı gözlənilir", - o bildirib.
Qeyd edək edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın qeyri-rəsmi, növbədənkənar sessiyada iştirak edib-etməyəcəyi hələlik bəlli deyil.
Ağarza Elçinoğlu