Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla Rusiya Federasiyasının Baş naziri Mixail Mişustinin telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Mixail Mişustin Əli Əsədovu ad günü münasibətilə təbrik edib. Hökumət başçıları Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının cari məsələlərini də müzakirə ediblər”, - məlumatda deyilir.
Tərəflər MDB məkanı çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi məsələlərini də müzakirə ediblər.