Komediya ustası Cimmi Kimmel dördüncü dəfə qarşıdan gələn Oskar mərasiminin aparıcısı olacaq.
"Unikal"
xəbər verir ki, martın 10-na planlaşdırılan 96-cı Akademiya Mükafatlarının yayımı həmişəkindən bir saat tez başlayacaq. Bu barədə mükafatın təşkilatçısı ABŞ Kino Akademiyası məlumat yayıb.
Transferin səbəbləri açıqlanmır. Əvvəllər Oskar mərasimi az qala gecə yarısına qədər davam edirdi.
Qızıl heykəlciklərin təqdim edilməsi mərasimindən sonra kanal Akademiya Mükafatına layiq görülmüş “Abbott Elementary School” serialının üçüncü mövsümünün yeni bölümünü yayımlayacaq.