Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan - Fransız Universitetində (UFAZ) çoxsaylı şirkətlərin iştirakı ilə Karyera sərgisi təşkil edilib. 

"Unikal" xəbər verir ki, sərginin açılışında çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov ənənəvi olaraq keçirilən karyera sərgilərinin tələbə və məzunlar üçün əmək bazarına inteqrasiya prosesində mühüm platforma olduğunu deyib.UFAZ-da daha geniş formatda təşkil olunan Karyera sərgisinin sənaye müəssisələri ilə əlaqələrin daha effektiv qurulmasına öz töhfəsini verəcəyinə ümidvar olduğunu deyən dosent Vazeh Əskərov sərgidə iştirak edən şirkət nümyəndələrinə əməkdaşlıq üçün təşəkkürünü bildirib. 

UFAZ-ın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova vəUFAZ-ın Baş katibi Elizaveta Bydanovaçıxış edərək Karyera sərgisinin universitet və tələbələr üçün əhəmiyyətindən danışıblar, belə sərgilərin keçirilməsinin müəssisələrlə əməkdaşlıq əlaqələrininin genişləndirilməsi, tələbələrin istehsalata cəlb olunması baxımından önəmini qeyd ediblər. Sonra UFAZ-da artıq ənənəvi olaraq keçirilən Kareya sərgiləri, tədrisin təşkili, təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən, məzunlarla iş və müəssisələrlə əməkdaşlıq haqqında təqimat nümayiş olunub. 

Sərgi zamanı tələbələr “BP” şirkətinin  “Yay təcrübə proqramı”, “Kapital Bank”ın aktiv vakansiyaları haqqında məlumat sessiyalarında, “TWI Caspian Sea” şirkəti tərəfindən “Texniki təlimlər və xidmətlər” mövzusunda, “HR İnstitutu” “Uğurlu iş müsahibələri üçün faydalı strategiyalar” mövzusunda təqdimatlarda iştirak ediblər. 
Qeyd edək ki, sərgiyə müxtəlif sahələri təmsil edən bir çox şirkətlər qatılıblar.  "Socar", "Socar Polymer", "Socar Downstream", "BP", "EiGroup", "Deloitte", "Azerconnect", “ABB", "Azercell", "Simbrella", "Emanat" şirkətlərinin, o cümlədən AQTA-nın nümayəndələri vədigər iştirakçılartələbə və məzunları öz məlumat stendləri ilə tanış edib, karyera və təcrübə imkanları haqqındaməlumat veriblər. Ümumilikdə, sərgiyə 38 şirkət və 500-dən çox tələbə və məzun qatılıb.

Qeyd edək ki, sərgidə UFAZ və ADNSU tələbələri və məzunları iştirak ediblər.Tədbir zamanı iştirakçılar yaradılmış CV bank vasitəsilə şirkətlərə öz CV-lərini göndəriblər.