Avropanın bir sıra ölkələrində əlverişsiz hava şəraiti səbəbindən ölkə çempionatlarının oyunları təxirə salınıb.
"Unikal" xəbər verir ki, Almaniya Bundesliqanın 13-cü turunun "Bavariya" - "Union" oyunu güclü qar səbəbindən oynanılmayıb.
Avstriyada "Zalsburq" - "Rapid", İsveçrədə isə "Sürix"in görüşü qar yağması səbəbindən baş tutmayıb.
Şotlandiya Liqasında isə "Livinqston" - "Ross Koutni" qarşılaşmasının əlverişsiz hava şəraiti səbəbindən keçirilməyəcəyi açıqlanıb.
Bu matçlarla yanaşı, bir çox oyunlar da eyni səbəbdən təxirə salınıb.