Qusarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, Qusarın mərkəzində H.Z.Tağıyev küçəsində “Qazel” markalı avtomobil yolu keçən piyada 63 yaşlı Həsənov Alim Həsənbala oğlunu vurub.

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına  çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Faktla bağlı araşdırma aparılır.