Rumıniyada qızılca epidemiyası elan edilib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki,  2 minə yaxın qızılcaya yoluxma faktı qeydə alınıb.

Ölkənin Səhiyyə Nazirliyi bildirib ki, son 10 ildə ölkədə peyvənd olunan uşaqların sayında azalma müşahidə olunur:

“Qızılcaya yoluxma hallarının həyəcanverici artımını, eləcə də xəstəxanalarda yoluxmuş uşaqların olmasını nəzərə alaraq, Rumıniyanın Səhiyyə Nazirliyi 9 yaşlı uşaqların peyvənd olunmasının mümkünlüyünü təmin etmək üçün milli qızılca epidemiyası elan edib” , - Səhiyyə Nazirliyinin məlumatında qeyd olunub.