Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Aktobe vilayətinə işgüzar səfər edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, idman kompleksinə baş çəkən Tokayev futbol oynamaq "bacarığını" da nümayiş etdirib. Lakin görüntülərdə ölkə liderinin əlində tutduğu topla qapıdan keçən topun fərqli rənglərdə olduğu aydın olur.
Prezident daha sonra gənc futbolçularla söhbət edib. Söhbətdə futbolun böyük gələcəyi olduğunu, ona görə də bu idman növünün inkişafına lazımi dəstək veriləcəyini vurğulayıb.