Rusiya prezident seçkilərinin rəsmi loqotipi ölkənin bayrağı rənglərində olan "V" hərfi seçilib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının iclasında MSK rəhbəri Ella Pamfilova bildirib. 

O, loqonun bir neçə variant arasından seçildiyini bildirib.

Xatırladaq ki, latın "Z" hərfi ilə yanaşı "V" hərfi də 2022-ci ilin əvvəlindən Ukrayna ilə müharibədə Rusiya qoşunlarının simvollarından biri kimi tanınır.

Ağarza Elçinoğlu