ABŞ- da hava limanında biri sərnişin daşıyan iki təyyarə toqquşub.

"Unikal" xəbər verir ki, bu barədə “Global Air” portalı məlumat yayıb.

Portalın məlumatına görə, insident dekabrın 5-də Çikaqo hava limanında Amerikanın Skywest Airlines və GoJet Airlines aviaşirkətlərinin təyyarələri ilə baş verib. Eyni zamanda birinci təyyarənin göyərtəsində sərnişinlər olub.

Bir təyyarənin digərinin sol qanadını sağ qanadı ilə vurduğu bildirilir. Bundan sonra hər iki təyyarə uğurla terminallara keçib.

Portalın məlumatına görə, təyyarələrdən birinin göyərtəsində olan şəxslər xəsarət almayıb. Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.