ABŞ-ın Tennessi ştatında tornado zamanı 6 nəfər ölüb, 20-dən çox yerli sakin xəsarət alıb.

"Unikal" xəbər verir ki,bu barədə fövqəladə hallar idarəsinin rəsmiləri məlumat yayıb. B

Bir neçə vətəndaş dağılmış evlərin dağıntıları altında qalıb.

Qasırğa nəticəsində bir neçə bina uçub, avtomobillərə ziyan dəyib. Regionun 74 mindən çox sakini işıqsız qalıb.

Dövlət orqanları sürücüləri yollardan uzaq durmağa, sakinləri isə mümkünsə evdə qalmağa çağırıb. Milli Meteoroloji Xidmətin məlumatına görə, iki tornado ABŞ-ın şərqində, Körfəz sahili yaxınlığında yaranıb.