Bryanskın Sovetski rayon məhkəməsi məktəbli qızın atəş açdığı 5 saylı şəhər gimnaziyasının inzibati-təsərrüfat işləri üzrə direktor müavini Larisa Katolikovanın ev dustaqlığına buraxılması barədə qərar çıxarıb.

"Unikal" TASS-a istinadən xəbər verir ki, direktor müavini məhkəmə zalından buraxılıb. 

“2024-cü il fevralın 7-dək iki ay müddətinə ev dustaqlığı növündə qətimkan tədbiri seçilsin”, - deyə hakim bildirib.

İclasda səhlənkarlıqda təqsirləndirilən Katolikovanın qeyd etdiyi kimi, gimnaziya rəhbərliyi tərəfindən uşaqların rahat təhsil alması üçün hər cür şərait yaradılıb, müşahidə kameraları quraşdırılıb. Direktor müavininin vəkili həbs-qətimkan tədbiri seçilərkən Katolikovanın səhhətinin vəziyyətinin, həmçinin kiçik oğlunun xüsusi hərbi əməliyyat zonasında olması faktının nəzərə alınmasını xahiş edib.