Göyərtəsində səkkiz nəfərin olduğu An-12 hərbi-nəqliyyat təyyarəsi Komsomolsk-na-Amur şəhərindəki Xurba hava limanına məcburi eniş edib.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli aviasiya xidməti məlmat yayıb.
Məlumata görə, təyyarədə olanlar arasında xəsarət alan olmayıb. Təcili enişin səbəbi hələlik açıqlanmayıb.
Ağarza Elçinoğlu