Polşa Seymi bazar ertəsi keçirilən iclasında yeni baş nazir seçib.
"Unikal" xəbər verir ki, Donald Tuskun namizədliyini parlamentin aşağı palatasında səs çoxluğu ilə partiyalar koalisiyası dəstəkləyib.
Tuskun lehinə 248 deputat, əleyhinə 201 deputat səs verib, bitərəf qalan olmayıb. Bazar ertəsi səhər saatlarında deputatlar Mateusz Morawiecki-nin müvəqqəti hökumətinin işini uzatmaqdan imtina ediblər. Bu, payızda keçirilən və hakim Qanun və Ədalət partiyasının uduzduğu parlament seçkilərindən sonra mümkün olub.
Formal olaraq, partiya rəqiblərindən daha çox səs toplayaraq qalib gəlib. Buna görə də ölkə prezidenti Anjey Duda ona hökumət qurmaq hüququnu verib.