Futbol üzrə Türkiyə çempionatında hakim döyülüb.
"Unikal" xəbər verir ki, hadisə Ankaragücü - Rizespor qarşılaşmasından sonra baş verib. Belə ki, qarşılaşmadan sonra Ankaragücü klubunun prezidenti Faruk Koca meydana daxil olaraq oyunun hakimi Halik Umut Melerə yumruqla zərbələr endirib. Sonra yerə yıxılan hakimi təpikləyib. Zərbə nəticəsində hakim xəsarət alıb. Polislərin müdaxiləsindən sonra hakim heyəti meydandan çıxarılaraq təhlükəsiz yerə aparılıb.
Qeyd edəki, matç 1:1 hesabı ilə başa çatıb. Oyunda hakim tərəfindən hər iki komandanın bir oyunçusuna qırmızı kart verilib. Komandalar oyunu 10 nəfərlə başa vurub.