"Bavariya" ciddi itki ilə üzləşib.
"Unikal" xəbər verir ki, Münhen təmsilçisinin vingeri Serj Qnabri 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq. 28 yaşlı almaniyalının sol ayacağının körpücük sümüyü zədələnib. Münhen təmsilçisinin rəsmi saytı isə Qnabridə qasıq əzələsinin dartılmasının probleminin aşkarlandığını və bu səbəbdən də qarşıdakı görüşlərdə meydana çıxmayacağını açıqlayıb.
Qeyd edək ki, vinger bu mövsüm "Bavariya"nın heyətində 11 matçda meydana çıxıb. Bu görüşlərdə cəmi 1 qol vurub.