Yaxın yeddi-səkkiz il ərzində Dehli yüzdən çox hərbi peyk buraxmağı planlaşdırır.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyindəki mənbə açıqlayıb.
"Yaxın və dərin kosmosda əməliyyatların aparılması üçün ölkədə Kosmik Komandanlıq yaradılacaq", - mənbə bildirib.
Məlumata görə, kosmosu təkcə müdafiə deyil, həm də hücum xarakterli hərəkətlərin aparılması üçün məkan hesab edən yeni doktrinanın layihəsi baxılmaq üçün Hindistan hökumətinə göndərilir.
Ağarza Elçinoğlu