ABŞ və digər ölkələrin mühakimə olunan müxalifətçi Aleksey Navalnının vəziyyətinə müdaxiləsi qəbuledilməzdir.

"Unikal" xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. 

O, Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin açıqlamalarını belə şərh edib: "Düzünü desəm, bu barədə məlumatım yoxdur, ola bilsin ki, Xarici İşlər Nazirliyi vasitəsilə ötürülüb. Amma burada söhbət qanunla təqsirli bilinən və cəzasını çəkən məhbuslardan birindən gedir. Və burada biz hər kəsin, o cümlədən Amerika Birləşmiş Ştatlarının istənilən müdaxiləsini qəbuledilməz və qeyri-mümkün hesab". 

Ağarza Elçinoğlu